Britaniya müttəfiqlərini Ukraynaya qırıcı verməyə çağırdı

 16:15 27.04.2022     260

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass müttəfiqlərə müraciət edib.

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, o, tərəfdaşlarını Ukraynaya döyüş təyyarəsi göndərməyə çağırıb.

“Putinin qələbəsi həm Avropada, həm də dünyada ağır nəticələrə səbəb olacaq. Ona görə də biz Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq. Biz Ukraynanı ağır silahlar, tanklar, təyyarələrlə təmin etməliyik”, - o bildirib.