"Putin uğur qazansa, özümüzü heç vaxt təhlükəsiz hiss etməyəcəyik"

 17:05 27.04.2022     410

Əgər Putin uğur qazanarsa, Avropada daha çox səfalət sürəcək və bütün dünyada dəhşətli nəticələr olacaq. Bir daha özümüzü heç vaxt təhlükəsiz hiss etməyəcəyik.

Redaktor.az xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

O bildirib ki, Ukraynanın taleyi hələ də bəlli deyil, buna görə də uzun yola hazır olmalı və Ukraynaya dəstək iki qat artırılmalıdır.

Nazir, Qərbi Ukraynanı daha çox döyüş təyyarələri, ağır silahlar, tanklarla təmin etməyə, öz istehsallarını artırmağa çağırıb.

Liz Trass qaçqınlara kömək etmək, ərzaq, dərman və digər zəruri əşyaların çatdırılmasının əhəmiyyətinə toxunub, bunun Ukrayna iqtisadiyyatını ayaqda saxlamağa kömək edəcəyini bildirib.