KTMT Rusiyanı dəstəkləmir - Putin tək qaldı

 17:15 27.04.2022     511

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT ) üzv ölkələr Rusiyanı dəstəkləmir və Ukraynaya qarşı müharibədə iştirak etmək arzusunu ifadə etmir.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

"Rusiya Federasiyasının təkidinə baxmayaraq, KTMT üzvləri öz ölkələrindən kənarda sülhməramlı əməliyyatlar keçirmək barədə qərar qəbul etmək istəmirlər. Amma KTMT üzvləri milli kontingentin Rusiya Federasiyası və ya Belarus ərazisində məhdud şəkildə yerləşdirilməsi imkanını nəzərdən keçirə bilər. İndi KTMT-yə üzv olan bütün ölkələr (Rusiya Federasiyası və Belarusiya istisna olmaqla) Rusiyanın işğalı məsələsində bitərəfdir. Onların heç biri Krımın ilhaqını və DXR/LPR-nin müstəqilliyini tanımayıb", - rəsmi məlumatda deyilir.

Xatırladaq ki, KTMT Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistanın daxil olduğu hərbi-siyasi beynəlxalq təşkilatdır.