İrəvanda yenidən etiraz aksiyası keçirildi

Ermənistanın paytaxtı İrəvanın “Azadlıq” meydanında yenidən etiraz aksiyası keçirilib.
Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, aksiya “Şərəfim var” parlament fraksiyasının rəhbəri Artur Vanetsyan tərəfindən təşkil olunub.
Aksiya iştirakçıları ölkənin Baş naziri Nikol Paşinyanın siyasətinə etiraz əlaməti olaraq meydana toplaşıblar.
Aksiya zamanı polislə etirazçılar arasında toqquşma yaranıb və 5 aksiya iştirakçısı saxlanılıb.