Rusiya 8 Yapon diplomatını ölkədən çıxarır

 18:05 27.04.2022     1330

Rusiya Yaponiyanın 8 diplomatik işçisini qarşılıqlıq prinsipi əsasında ölkədən çıxarır.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumatda həmçinin 8 diplomatın mayın 10-dək ölkəni tərk etməli olduqları qeyd edilir.