İsveçrə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

İsveçrə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrə hökuməti qərar qəbul edib.
Ölkə, o cümlədən Rusiyadan kömür idxalına qadağa qoyub.
"Yeni məhdudlaşdırıcı tədbirlərə malların tədarükünə qarşı geniş sanksiyalar, o cümlədən kömürün, habelə Rusiya üçün mühüm gəlir mənbəyi olan malların (taxta, sement, dəniz məhsulları, kürü) idxalına qadağa daxildir", - qərarda deyilir.