Ukrayna bakılı müğənnini “qara siyahı”ya saldı – Cinayət məsuliyyətinə cəlb olunacaq

 19:23 27.04.2022     225

Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın işğalçılıq siyasətini və müharibəni təbliğ edən bir qrup incəsənət nümayəndələrinin adlarını “qara siyahı”ya salıb. 

Redaktor.az xəbər verir ki, onların cinayət məsuliyyıətinə cəlb olunacağı da planlaşdırılıb.

Məlumata görə, aralarında bakılı Larisa Dolinanın da olduğu siyahıda Nikolay Baskov, Serqey Bezrukov, Yuliya Çiçerina,  Polina Qaqarina, Oleq Qazmanov, Tina Kandelaki, Serqey Lazarev, Qriqori Leps, Serqey Jukov və digərlərinin adları var. 

Xatırladaq ki, Larisa Dolina (Kudelman) 10 sentyabr 1955-ci ildə  Bakı şəhərində, yəhudi ailəsində doğulub. Uzun illərdir ki, Moskvada yaşayır.