Çin Rusiya və Ukraynaya dron satmağı dayandırır

 19:33 27.04.2022     368

Çinin məşhur dron istehsalçısı "DJI" Rusiya və Ukraynadakı fəaliyyətini müvəqqəti olaraq dayandırır.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin özü məlumat yayıb.

Şirkətdən bildirilib ki, müştərilərin, tərəfdaşların və digər tərəflərin maraqları nəzərə alınaraq işgüzar əlaqələr müvəqqəti dayandırılır.

Ukrayna baş nazirinin müavini Mixaylo Fedorov ötən ay bildirib ki, rus qoşunları öz raketlərini idarə etmək üçün DJI-nin dronlarından istifadə ediblər. Açıqlamasında şirkət kommersiya məqsədli istehsal edilən dronların döyüş bölgəsində işləməsinin qarşısını alacaq texnologiyaya malik olmadığını bildirib.