Ukraynaya silah göndərmək üçün mərkəz yaradılır

 20:43 27.04.2022     347

Pentaqon Almaniyanın Ştutqart şəhərində ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının bazasında Ukraynaya hərbi yardımın çatdırılmasına nəzarət üçün mərkəz yaradır.

Redaktor.az xəbər verir ki, bu barədə CNN ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Mərkəzin vəzifəsi 40-dan çox ölkədən silah tədarükünün əlaqələndirilməsi və sürətləndirilməsidir. Yeni yaradılan mərkəzdə ABŞ-ın 15-dən çox personalı və general fəaliyyət göstərəcək.