İsraildə 9 may paradı ləğv edildi

 21:49 27.04.2022     223

Bu il İsraildə 9 May paradı keçirlməyəcək.

Redaktor.az xəbər verir ki, bunu Aliyə və inteqrasiya naziri Pnina Tameno-Şete deyib.

Nazir hazırkı vəziyyətdən xəbərdar olduqlarını bildirib.

"Bu il mayın 9-da kütləvi tədbirlərdən və yürüşlərdən çəkinmək barədə qərar qəbul olunub",-deyə nazir bildirib.

Eyni zamanda, Herzl dağında faşist Almaniyası üzərində qələbədə əməyi olan yəhudi veteranların şərəfinə təntənəli mərasim keçiriləcək.

Nazir bildirib ki, bu qərar veteran təşkilatları ilə birgə qəbul edilib. (apa.az)