Nazarbayevin imtiyazları LƏĞV EDİLİR

 22:01 27.04.2022     213

Qazaxıstanda keçmiş prezident Nursultan Nazarbayevin imtiyazları haqqında qanunun ləğv edilməsi planlaşdırılır.

Redaktor.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin aşağı palatasının spikeri Yerlan Kaşanov məlumat verib.

Qeyd edək ki, keçmiş prezident Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyasına və ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrlik etməsini ləğv edən qanunvericilik düzəlişlərini də Qazaxıstan parlamentinin məclisi (aşağı palatası) həyata keçirib.