Rusiya 8 faiz KASIBLAŞACAQ

 22:05 27.04.2022     293

Sanksiyalar fonunda 2022-ci ildə Rusiyanın Ümumi Daxili Məhsulunun (ÜDM) azalması 8,8 faizə çata bilər.

Redaktor.az "Vedomosti.ru"ya istinadən xəbər verir ki, bu qiymətləndirilmə Rusiya Federasiyasının sosial-iqtisadi inkişafının proqnozu layihəsində əks olunub.

Sənəd Rusiya iqtisadiyyatının sanksiyalar altında dayanıqlığının yaxşılaşdırılması üzrə Hökumət Komissiyasının Rəyasət Heyətinin üzvləri tərəfindən müzakirə edilib.

Sənəddə həmçinin qeyd olunur ki, bu il Rusiyada inflyasiyanın həcminin 20 faizdən yuxarı olacağı proqnozlaşdırılır.