Paşinyanın əleyhinə aksiyalar BÖYÜYÜR

 22:28 27.04.2022     125

İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə iki yürüş keçirilib.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiyalardan biri Şenqavit inzibati rayonunda başlayıb. Nümayişçilərə “Ermənistan” müxalifət fraksiyasından parlamentin vitse-spikeri İşxan Saqatelyan başçılıq edib.

Paytaxtın mərkəzindəki Azadlıq meydanından başlayan ikinci yürüşə isə müxalifətin “Şərəfim var” fraksiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan rəhbərlik edib.

Şəhər polisindən verilən məlumata görə, hər iki aksiyanın iştirakçıları arasından ümumilikdə 52 nəfər saxlanılıb.