Ukrayna Türkiyədən hərbi məhsullar alır

 09:19 28.04.2022     144

Ukrayna Silahlı Qüvvələrinin ehtiyacı üçün Türkiyədən zirehli geyim və ballistik lövhələr alır.

Redaktor.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, 2008-ci ildən Türkiyənin “Nurol Teknoloji” müdafiə şirkəti ballistik lövhələrin istehsalına başlayıb ki, bu da gülləkeçirməz jiletlərin və qalxanların hazırlanmasında istifadə olunur.

Şirkətin məhsulları Türkiyənin ordu, jandarma və polis də daxil olmaqla müdafiə strukturlarına tədarük edilir. Bundan əlavə, ixrac tədarükü, o cümlədən NATO ölkələrinə də həyata keçirilir.