Ərdoğan Səudiyyə Ərəbistanına gedir

 09:32 28.04.2022     120

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına səfərə gedəcək.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudla görüşəcək.

İkigünlük səfər çərçivəsində tərəflər arasında qarşılıqlı əlaqələrin, həmçinin beynəlxalq və regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.