Bu ölkədə vaksinasiya prosesi dayandırıldı

 09:47 28.04.2022     168

Danimarka koronavirusa qarşı genişmiqyaslı peyvəndlənmə kampaniyasının dayandırıldığını elan edib.

Redaktor.az xəbər verir ki, hökumət pandemiyanın artıq nəzarət altında olması və cəmiyyətin peyvəndlənmə səviyyəsinin bu prosesi dayandırmaq üçün kifayət qədər yüksək olmasını nəzərə alaraq bu qərarı qəbul edib.

Krallığın səhiyyə orqanları bildirib ki, Danimarkanın 5,8 milyon əhalisinin təxminən 81 faizi peyvəndin iki dozasını, 61,6 faizi isə üçüncü “buster” dozasını alıb. Üstəlik, bu ilin yanvar ayından etibarən “buster” peyvənd almış ən həssas vətəndaşlara əlavə dördüncü doza peyvənd də təklif olunur.

Bu səbəbdən Danimarkada yeni infeksiyaların sayı və sabit xəstəxanaya yerləşdirmə nisbətlərinin azalması müşahidə olunur.

Beləliklə, mayın 15-dən sonra vətəndaşlara yeni peyvənd vurdurmaq üçün dəvətnamələr göndərilməyəcək. Lakin, səhiyyə rəsmiləri yaydan sonra peyvəndlənmə prosesinin yenidən bərpa olunacağını gözlədiklərini ifadə ediblər.