Rusiyanın Ukraynadakı itkiləri artdı - 22800 hərbçi, 970 tank, 187 qırıcı...

Fevralın 24-dən bu günədək Ukraynada Rusiyanın 22 800 hərbçisi zərərsizləşdirilib.
Redaktor.az xəbər verir ki, bu bardə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bundan başqa, hücum edən tərəfin 970 ədəd tankı, 2 389 ədəd zirehli döyüş maşını, 431 ədəd artilleriya sistemi, 151 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 72 hava hücumundan müdafiə sistemi, 187 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 1 688 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 215 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.