“Ukraynada müharibə Rusiya istəyəndə bitəcək” - BMT Baş katibi

 12:20 28.04.2022     105

“Ukraynada müharibə Rusiya istəyəndə bitəcək”.

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş CNN telekanalına müsahibəsində deyib.

O etiraf edib ki, görüşlər müharibəni bitirməyəcək: “Savaş Rusiya bu barədə qərara gələndə və atəşkəsdən sonra ciddi siyasi razılaşma əldə olunanda bitəcək. İstədiyiniz qədər görüş ola bilər, amma bu, müharibəni bitirməyəcək”.

Qeyd edək ki, BMT Baş katibi Moskvada səfərdə olub. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşməzdən əvvəl Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla müzakirələr aparıb.