NATO Baş katibi Finlandiya Prezidenti ilə üzvlük məsələsini müzakirə etdi

NATO Baş katibi Yens Stoltenberq və Finlandiya Prezidenti Sauli Niinistö arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, bu barədə Stoltenberq Tviterdə bildirib.
"Prezident Niinistö məni Finlandiyada NATO-ya potensial üzvlüklə bağlı müzakirələr haqqında məlumatlandırdı. Müttəfiqlər bizim çox yaxın tərəfdaşlığımızı və Finlandiyanın Avro-Atlantik təhlükəsizliyə verdiyi töhfəni yüksək qiymətləndirir", Stoltenberq qeyd edib.