Bayden Konqresdən Ukraynaya yeni yardım paketi istəyir

 15:46 28.04.2022     312

ABŞ Prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı Konqresə Ukraynaya növbəti yardım paketini maliyyələşdirməyi təklif edib.

Redaktor.az “NBC News”a istinadən xəbər verir ki, Prezidentin bu istəyi rusiyalı həmkarı Vladimir Putinin Ukrayna müharibəsinə müdaxilə etməyə çalışan istənilən ölkəyə “ildırım sürəti” ilə cavab veriləcəyi barədə xəbərdarlığına cavab olaraq dəyərəndirilir.

Bildirilir ki, Qərbin Kiyevə olan dəstəyinin artmasına və təhdidlərin güclənməsinə baxmayaraq, Bayden Rusiyanı zəiflətmək məqsədilə Konqresdən Ukraynaya yeni yardım paketini maliyyələşdirməsini xahiş edib.

Ukrayna Prezidenti Volodimir Zelenski Putinin Qərbin qətiyyətini zəiflətmək cəhdlərinə baxmayaraq, Rusiya Prezidentini Moskvanı qazdan və ticarətdən silah kimi istifadə etməkdə ittiham edib.

Bundan əlavə, o, Mariupolda çarəsiz vəziyyətdə qalan mülki insanların təxliyəsi üçün diplomatik səy göstərmək naminə Kiyevdə BMT baş katibi Antonio Quterreş ilə danışıqlar aparmağı planlaşdırır.

Qeyd edək ki, aprelin 26-sı Quterreş Moskvada Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşüb, daha sonra Polşa vasitəsilə Ukraynaya gedib.