Rusiyada helikopter qəzaya uğradı - Ölən var

 16:08 28.04.2022     141

Rusiyanın Saratov vilayətində təlim uçuşu həyata keçirən helikopter  qəzaya uğrayıb. Qəza nəticəsində bir nəfər ölüb.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə halları idarəsi məlumat yayıb.

Qeyd edək ki, helikopter meşə zolağının kənarında qəzaya uğrayıb və tamamilə dağılıb, yerdə dağıntı yoxdur.

Fövqəladə vəziyyətin səbəbi, həmçinin helikopterdə olan insanların sayı müəyyənləşdirilir. 

Saratov meri Mixail İsayev helikopterin qəzaya uğraması xəbərini təsdiqləyib.