Rusiya iki ayda Avropadan 46 milyard avro qazanıb

Rusiya fevralın 24-dən - Ukraynada müharibı başlayandan bəri enerji daşıyıcılarının satışından 63 milyard avro qazanıb.
Redaktor.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) hesabatında deyilir.
28 apreldə dərc edilən hesabata görə, enerji daşıyıcıları Rusiya Federasiyasından dəniz və boru kəmərləri ilə vasitəsilə idxal olunub.
Bu dövrdə xaricə satılan neft, qaz və kömürün 71%-i Avropa İttifaqı ölkələri tərəfindən idxal edilib.
Məlumata görə, Rusiya təkcə Aİ ölkələrinə satdığı enerji daşıyıcılarına görə 46,14 milyard avro əldə edib.
Hesabatda qeyd edilir ki, bu dövrdə Rusiya enerji daşıyıcılarının ən böyük istehlakçıları Almaniya (9,1 milyard avro), İtaliya (6,9 milyard avro), Çin (6,7 milyard avro), Niderland (5,6 milyard avro), Türkiyə (4,1 milyard avro) və Fransa (3,8 milyard avro) olub.