Bayden Konqresdən Rusiya ilə mübarizəyə 33 milyard dollar istədi

 19:25 28.04.2022     117

ABŞ Prezidenti Cozef Bayden Konqresdən Ukraynaya müdafiə və humanitar sahədə kömək, eləcə də Avropa ölkələrinin müdafiəsini gücləndirmək üçün 33 milyard dollar ayırmağı xahiş edəcək.

Redaktor.az "CNBC" telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasından bildirilib.

Eyni zamanda, Ukraynaya və bir sıra Avropa ölkələrinə silah tədarükü üçün 20,4 milyard dollar ayrılması nəzərdə tutulur. Söhbət artilleriya, zirehli texnika, tank və zenit silahlarından, kiberhücumlardan müdafiə vasitələrinin gücləndirilməsindən, ərazilərin təmizlənməsinə yardımdan gedir.

Vəsait bu ilin sentyabr ayına qədər olan dövr üçün nəzərdə tutulub.