“Əsir mübadiləsi çərçivəsində 45 ukraynalı azad edilib” - İrina Vereşuk

 20:00 28.04.2022     115

Ukrayna və Rusiya arasında yeni əsir mübadiləsi aparılıb.

Redaktor.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk məlumat verib.

“Növbəti əsir mübadiləsi baş tutub. Bu gün 45 nəfər Rusiya əsirliyindən azad edilib. Onların 13-ü zabit, 20-si əsgərdir (onlardan 5-i yaralıdır). Həmçinin 12 mülki vətəndaşımızı qaytarırıq”, - İ.Vereşuk teleqram kanalında yazıb.