ABŞ Ukraynaya artilleriya sistemləri göndərdi

 20:23 28.04.2022     185

ABŞ-ın Kiyevə tədarük edəcəyinə söz verdiyi 90 M777 artilleriya sistemlərindən yarıdan çoxu artıq Ukraynaya çatdırılıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib. 

"Konkret rəqəmlər söyləməyəcəyik, haubitsaların yarıdan çoxu Ukraynadadır", - o deyib.

Kirbi qeyd edib ki, Ukrayna ordusunun 50 hərbçisi artıq bu silahlarla işləmək üçün təlim keçib. Pentaqon rəsmisi əlavə edib ki, onlar "komanda yoldaşlarını öyrətmək" üçün Ukraynaya qayıtmağı planlaşdırırlar.