Ukrayna ordusu Xarkovda yaşayış məntəqəsini azad etdi

 08:24 29.04.2022     186

Ukraynanın Silahlı Qüvvələri Russka Lozova (Xarkov vilayətinin Derqaçov icması) kəndinə daxil olub.

Redaktor.az "nterfaks Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Xarkov meri Vyaçeslav Zadorenko yerli sakinlərə istinadən bildirib.

"Bizə yerli sakinlər arasında etibarlı mənbədən daxil olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Russka Lozovaya daxil olub. İndi döyüşlər kəndin ətrafında davam edir. Xarkov Regional Hərbi rəhbərliyindən rəsmi təsdiq gözləyirik", - Zadorenko özünün feysbuk səhifəsində yazıb