Türkiyə ordusu 12 terrorçunu məhv etdi

 09:12 29.04.2022     131

Türkiyə ordusu daha 12 terrorçunu məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Silahlılar “Barış Pinarı” və “Fərat Qalxanı” antiterror əməliyyatları zonasında zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi terrorçuların Türkiyə ordusunun nəzarətində olan əraziləri atəşə tutduğunu bildirib.