Rusiya Ukraynaya iki minə yaxın raket atıb

 09:57 29.04.2022     370

Rusiya müharibənin 63 günü ərzində Ukraynaya 1900-dən çox raket atışı həyata keçirib.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyi açıqlayıb.

Bildirilir ki, raket zərbələrinin əksəriyyəti Mariupol və Birləşmiş Qüvvələr Əməliyyatı bölgəsinə, əsasən də Donbas üzərinə həyata keçirilir.

Məlumata görə, aviazərbələrin demək olar ki, hamısı Rusiya aviabazalarından edilir.