Rusların Ukraynada öldürdüyü uşaqların son STATİSTİKASI

 10:52 29.04.2022     176

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 219 uşaq ölüb, 398 uşaq güllə və qəlpə yarası alıb.

Redaktor.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Müharibə başlayandan indiyədək xəsarət alan uşaqların ümumi sayı 608-ə çatıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin bombardmanı nəticəsində Ukraynanın şəhər və kəndlərində 1 556 təhsil müəssisəsinə ziyan dəyib, 102-si tamamilə dağılıb.

Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib.