Yaponiyadan Ukraynaya 100 milyon dollar kredit

Ukrayna Yaponiya ilə 100 milyon dollar məbləğində kreditin verilməsinə dair saziş imzalayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi bildirib.
Kredit ödəmə müddəti 30 il, illik 1%-lə 10 il güzəşt dövrü olacaq.
Açıqlamada Yaponiyanın Ukrayna tərəfinə “iqtisadi vəziyyətin təcili bərpası sahəsində inkişaf siyasəti” üçün kredit verdiyi bildirilir. Məlumatda Ukraynanın səhiyyə və tibb sistemini gücləndirmək üçün 2,3 milyon dollarlıq qrant ayrıldığı da qeyd olunur.