"Türkiyəyə silah satışı asanlaşdırılmalıdır"

 12:15 29.04.2022     111

Türkiyə və Hindistan kimi ölkələrə ABŞ-ın xarici hərbi satış prosesləri daha sürətli və səmərəli şəkildə həyata keçirilməlidir.

Redaktor.az Türkiyənin “NTV” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken konqresin Xarici əlaqlər komitəsində keçirilən dövlət büdcəsinin müzakirəsi zamanı ölkəsinin xarici siyasət kursunu dəyərəndirərkən bildirib.

Cənubi Karolinadan olan konqresmen Co Uilsonun “Məncə, xarici hərbi satışlarımız lazımsız bürokratiya tərəfindən əngəllənir. Məsələn, Türkiyə və Hindistan kimi müttəfiqlərimizə kömək etmək və onlarla işləmək üçün bu bürokratiyanı necə keçə bilərik?” sualını Entoni Blinken belə cavablandırıb:

“Sizinlə eyni fikirdəyəm. Xarici satışlar, xüsusilə də təcili satışlarda ən yaxşısını etmək lazımdır. Bu, açıq şəkildə icra hakimiyyətinə aid, əlbəttə ki, Konqresə də aiddir. Bu, vacib bir məqamdır. Biz bu ölkələrə ortaq mövqedə olsaq, Rusiya ilə əvvəldən müdafiə sahəsində əlaqəsi olan bir çox ölkələrdə münasibətlərinə yenidən baxır”.

Bildirilib ki, ABŞ-ın Dövlət Departamenti bu yaxınlarda Türkiyəyə “F-16” qırıcıların satışı ilə bağlı Konqresə göndərdiyi mətkubu dəyərləndirilib. Bildirilib ki, ABŞ-ın Türkiyəyə “F-16” satması maraqlarına tam uyğundur.