Ərdoğan Kəbəni ziyarət etdi

 12:37 29.04.2022     153

Səudiyyə Ərəbistanında səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kəbəni ziyarət edib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Kəbəni ziyarət edərkən onu ölkənin müdafiə naziri Hulusi Akar, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, daxili işlər naziri Süleyman Soylu, ticarət naziri Mehmet Muş, ədliyyə naziri Bekir Bozdağ və mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy müşayiət edib.

Xatırladaq ki, Ərdoğan aprelin 28-dən Səudiyyə Ərəbistanına iki günlük rəsmi səfərdədir.