Ukrayna ordusu Xarkovda strateji kəndi AZAD ETDİ

 14:54 29.04.2022     457

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Russkaya Lozovaya kəndini Rusiya hərbçilərindən azad edib.

Redaktor.az UNIAN-a istinadla xəbər verir ki, hazırda kənd Ukrayna Silahlı Qüvvələrinin tam nəzarətindədir.

Bildirilib ki, bu strateji yaşayış məntəqəsi Xarkov-Belqorod avtomobil yolunda yerləşir.

Məlumata görə, işğal zamanı məhz bu şəhər kənarından Rusiya hərbçiləri Xarkovun mülki infrastrukturunu və yaşayış məntəqələrini atəşə tutub.

Vumart və Güvən reklamı Vumart Güvən