“Qələbə Gününə xarici liderlər dəvət olunmayıb”

 15:11 29.04.2022     317

“Moskvada Qələbə Gününün qeyd olunmasına xarici liderlərdən heç kəs dəvət olunmayıb”.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, buna səbəb 2022-ci ilin yubiley tarix olmamasıdır.

Peskov, həmçinin bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun da mayın 9-u Rusiyaya səfər edəcəyi gözlənilmir. 

Qeyd edək ki, Rusiya mediasında Lukaşenkonun mayın 9-u Moskvaya səfər edəcəyi barədə məlumat yayılıb.