İrəvanda Paşinyana qarşı avtoyürüş keçirildi

 15:25 29.04.2022     341

Ermənistanın paytaxtı İrəvanda müxalifət nümayəndələri avtoyürüş keçirib.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yürüşün təşkil edilməsində məqsəd ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etmək olub.

Yürüş zamanı onlarla avtomobil Ermənistan hökumətinin binasının yerləşdiyi Respublika meydanından keçib. Aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirib.

Bununla yanaşı, İrəvanın digər hissələrində də müxalifətin aksiyası keçirilib. Aksiyalar zamanı 10-dan çox iştirakçı saxlanılıb.