“Mcdonald’s” müharibəyə görə 127 milyon dollar itirdi

 15:36 29.04.2022     311

Ötən ay “Mcdonald’s” şirkəti Rusiyanın Ukraynada apardığı müharibə səbəbindən restoranlarını bu ölkədə müvəqqəti bağlayacağını açıqlamışdı.

Redaktor.az “CNN Business”ə istinadən xəbər verir ki, şirkətin, həmçinin restoranlarını Ukraynada bağlaması ona 127 milyon dollara başa gəlib.

Belə ki, ümumi itkilərin 27 milyon dolları kirayə haqqı, xidmətlər və işçilərin əmək haqları, qalan 100 milyon dolları isə “fast food” restoranlarının bağlanması səbəbindən xarab ola biləcək məhsulların silinməsidir.

“Mcdonald’s” fəaliyyətini dayandırmasına baxmayaraq, 62 min rusiyalı işçiyə maaş verməyə davam edəcəyini açıqlayıb.

Şirkətin Baş icraçı direktoru Kris Kempçinski bildirib ki, “Mcdonald’s” ukraynalı işçilərini də dəstəkləyir: “Hər iki ölkədə biz işçilərə maaş və əlavə dəstək verməyə davam edirik”.

Vumart və Güvən reklamı Vumart Güvən