"Hələ liderlərin görüşünün vaxtı deyil" - Podolyak

 15:46 29.04.2022     371

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya və Ukrayna liderlərinin ehtimal olunan görüşünü şərh edib.

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə “Azadlıq” radiosuna müsahibəsində danışıb.

“Bunun bu gün, sabah və ya o biri gün ola biləcəyini düşünmürəm. Təəssüf ki, bir az gözləmək lazımdır. Onlar görüşəcəklər. Amma, yəqin ki, bu, bir az gec olacaq”, - o bildirib.

Podolyak söyləyib ki, onlar görüşədək Ukraynanın mövqeyinin daha güclü olmasını istəyirlər:

“Müqavilə sənədində bütün məqamlar, o cümlədən atəşkəs, rus qoşunlarının Ukrayna ərazisinən çıxması, əsirlərin dəyişdirilməsi kimi məsələlər ehtiva olunmalıdır. Elə “qırmızı xətlər” olmalıdır ki, Rusiya bir daha Ukrayna ərazisinə daxil ola bilməsin”.

Vumart və Güvən reklamı Vumart Güvən