İstanbulda boya fabrikində yanğın baş verdi

 16:19 29.04.2022     363

Türkiyənin İstanbul şəhərində boya fabrikində yanğın olub.

Redaktor.az “NTV”yə istinadən xəbər verir ki, yanğından sonra şiddətli partlayışlar baş verib.

Nəticədə 3 işçi həlak olub, daha 9 nəfər isə yaralanıb.

Partlayış nəticəsində ətrafa beton parçaları səpilib və ətrafdakı bəzi maşın və evlərə zərər dəyib.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını nəzarət altına alıb.

Vumart və Güvən reklamı Vumart Güvən