Ukraynada 14 yaşlı ağırlıqqaldıran həlak oldu

 17:05 29.04.2022     208

Ukraynanın 14 yaşlı ağırlıqqaldıranı Alina Perequdova vəfat edib.

Redaktor.az xəbər verir ki, idmançı Rusiya Silahlı Qüvvələrinin bombardmanı nəticəsində Mariupolda həlak olub.

Onunla birlikdə anası da dünyasını dəyişib.

Qeyd edək ki, Alina Perequdova Ukrayna millisinə namizəd idi. O, ötən il 17 yaşadək ağırlıqqaldıranlar arasında ölkə çempionatında qızıl medal qazanıb (report).