İspaniya Ukraynaya 200 ton sursat göndərdi

 20:11 29.04.2022     472

İspaniya hökuməti Madridin Ukraynaya göndərdiyi 200 ton hərbi yükün təyinat yerinə daşındığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

İspaniya Müdafiə Nazirliyi bildirib ki, “İsabel” gəmisi daha əvvəl bu yükləri Polşaya çatdırıb. Gəmi Ukraynadakı logistik bazaya 700 km irəli daşınmaq üçün hərbi texnikanın boşaldıldığı Qdinya limanına gəlib.

Məlumata görə, buraya 30 yük avtomobili, bir neçə xüsusi ağır texnika və 10 kiçik avtomobil daxildir.

İspaniyanın baş naziri Pedro Sançes bu yardımı ötən həftə Kiyevə səfəri zamanı elan edib. O vurğulayıb ki, bu, İspaniyanın Ukraynaya köçürdüyü ən böyük yük partiyasıdır.

Bundan əvvəl Madrid Ukraynaya 1 370 tank əleyhinə qumbaraatan, 700 min pulemyot patronu və tibbi ləvazimat verib.