İndoneziyadan Ukraynaya rədd CAVABI

 20:19 29.04.2022     731

İndoneziya prezidenti Coko Vidodo Ukrayna prezidenti Volodimir Zelenskinin Kiyevə silah tədarükü tələbini rədd etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə İndoneziyanın “Jakarta Post” qəzeti məlumat yayıb.

O, Ukraynaya humanitar yardım göndərməyə hazır olduğunu vurğulayıb.

“Dünən mən Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdım. Mən İndoneziyanın sülh danışıqlarında uğur əldə etmək üçün istənilən səyi dəstəklədiyini və humanitar yardım göstərməyə hazır olduğunu bir daha təsdiqlədim”, - deyə Vidodo tvitter hesabında yazıb.

Vidodo Zelenskiyə bildirib ki, İndoneziyanın konstitusiya mandatına və xarici siyasət prinsiplərinə uyğun olaraq hər cür hərbi dəstək verməsi qadağandır

Vumart və Güvən reklamı Vumart Güvən