Ermənistanda əsgər əsgəri ÖLDÜRDÜ

 21:27 29.04.2022     1005

Ermənistanda müddətli həqiqi hərbi xidmət qulluqçusu Samvel Sanoyanı öldürən hərbçi yoldaşı saxlanılıb.

Redaktor.az erməni mediasına istinadən xəbər verir ki, aprelin 28-də hərbçi yoldaşının açdığı atəş nəticəsində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin çağırışçı əsgəri sıravi Samvel Sedrakoviç Sanoyan güllə yarası alıb.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisəni törədən şəxs ölümlə nəticələnən silahla davranış qaydalarını pozmaqda şübhəli bilinərək saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən