Putin parada xaricdən heç kimi DƏVƏT ETMƏDİ

 22:22 29.04.2022     672

"Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Qələbə Günü münasibəti ilə Moskvada keçiriləcək hərbi parada heç bir dövlət liderini dəvət etməyib. Çünki bu, yubiley tarixi deyil".

Redaktor.az RBK-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, keçmiş müttəfiq respublikalarının bəzilərində Qələbə Gününə həsr edilən parad keçirilməyəcək. Latviya Qələbə Günü əvəzinə Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynada həlak olanların xatirəsi günü kimi qeyd edəcək.