Almaniyanın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağrıldı

 22:45 29.04.2022     577

Türkiyənin Berlindəki səfirinin Almaniya Xarici İşlər Nazirliyi tərəfindən Osman Kavala işi ilə bağlı nazirliyə çağrılmasının ardından Almaniyanın Ankaradakı səfiri Yurgen Şulz nazir müavini və Avropa İttifaqı ilə əlaqələr üzrə direktor Faruk Kaymakcı tərəfindən Xarici İşlər Nazirliyinə çağrılıb.

Almaniya səfirinə ölkədə baş verən hadisə ilə bağlı Berlindəki Türkiyə səfirinin diplomatik konvensiyalara zidd olaraq Xarici İşlər Nazirliyinə çağrılması və sözügedən məhkəmə işinin ön plana çıxardılaraq siyasiləşdirilməsinin Türkiyə tərəfindən xoş qarşılanmadığı bildirilib.

Həmçinin müstəqil Türkiyə məhkəməsi tərəfindən çıxarılan məhkumluq hökmünün hər hansı qurum, orqan və ya ölkə tərəfindən şübhə altına alınmasının qeyri-mümkünlüyü, Türkiyənin öz Konstitusiyasını və beynəlxalq öhdəliklərini bilən bir hüquq dövləti olması və Türkiyə məhkəməsi və siyasətinə istiqamətlənmiş müdaxilə cəhdlərinin qəti şəkildə qəbul edilmədiyi vurğulanıb.

Eyni zamanda səfirə Vyana Konvensiyasının dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi də xatırladılıb.