Kiyevdə rusların öldürdüyü 900 nəfərin basdırıldığı kütləvi məzarlıq AŞKARLANDI

 04:33 30.04.2022     309

Kiyev vilayəti ərazisində 900-ə yaxın mülki şəxsin basdırıldığı kütləvi məzarlıq aşkar edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Polşa mətbuatına müsahibə verən Prezident beynəlxalq təşkilatların fəaliyyətindən narazılıq edib: “Beynəlxalq qurumlar ləng fəaliyyət göstərir. Bəzən kimisə tapa bilmirsən. Buna baxmayaraq, onlar axtarırlar və tapırlar”.

Qeyd edilib ki, Kiyevdəki kütləvi məzarlıq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkarlanıb.

Vumart və Güvən reklamı Vumart Güvən