Gürcüstanın əhalisi azalır

 05:36 30.04.2022     322

Gürcüstan əhalisi əvvəlki illərlə müqayisədə xeyli azalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

2022-ci il yanvarın 1-nə olan statistik məlumata əsasən, Gürcüstan əhalisinin sayı 3 milyon 688,6 min nəfər təşkil edib. İllik müqayisədə əhalinin sayında 1,1 faiz azalma qeydə alınıb.

Məlumata görə, əhalinin 59,7 faizi şəhərlərdə, onların da üçdə bir hissəsi paytaxt Tbilisidə yaşayır.

Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinin əhali sayı 434,5 min nəfərdir ki, onların da 191,3 mini şəhərlərdə, 243,2 min nəfəri isə kəndlərdə məskunlaşıb.

Qonşu ölkədə əhalinin 20,8 faizini 0-14 yaşlı şəxslər, 63,7 faizini 15-64 yaşlı, 15,5 faizini isə 65 və ondan yuxarı yaşlı insanlar təşkil edir.

Bundan əlavə, Gürcüstan əhalisinin 48 faizini kişilər, 52 faizini isə qadınlar təşkil edir. Kişilərin sayı 1 milyon 770 min nəfər, qadınların sayı 1 milyon 918,7 min nəfərdir.