Pentaqon Putini G20-yə dəvət etməməyə çağırdı

 07:39 30.04.2022     123

Rusiya Prezidenti Vladimir Putin builki G20 sammitində qətiyyən iştirak etməməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

“O, öz hərəkətləri ilə Rusiyanı təcrid edib və beynəlxalq ictimaiyyətdə təcrid olunmuş vəziyyətdə qalmalıdır”, – deyə Kirbi qeyd edib.

Kirbinin fikrincə, bir çox ölkələrin Rusiyaya münasibəti hələ də əvvəlki gücündə qalır ki, bu da kökündən yanlış hesab olunmalıdır. O hesab edir ki, fevralın 24-də Ukraynada müharibə əməliyyatları başladıqdan sonra bu yanaşma dəyişməli idi.

Siyasi Ekspert Qrupunun rəhbəri Konstantin Kalaçevin daha əvvəl verdiyi bəyanata görə, 2022-ci ilin noyabrında İndoneziyanın Bali adasında keçiriləcək G20 Rusiya prezidenti və onun ukraynalı həmkarı Vladimir Zelenski üçün danışıqlar platformasına çevrilə bilər. İndoneziya prezidenti Coko Vidodo Putindən başqa Zelenskini də tədbirə dəvət edib. Ukraynanın G20-nin üzvü olmamasına baxmayaraq Avropada Rusiyanın əvəzinə Ukraynanın iştirakına çalışacaqları bildirilir.