Britaniya səfiri Kiyevə qayıtdı

Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons Kiyevə qayıdıb.
Redaktor.az xəbər verir ki, diplomat bu barədə cümə axşamı Tviter səhifəsində məlumat verib.
"Uzun bir səyahət idi, amma buna dəyərdi. Yenidən Kiyevdə olmaqdan çox şadam", - deyə Simmons yazıb.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Boris Conson keçən həftə Kiyevdəki səfirliyin tezliklə açılacağını bildirmişdi.