Ukrayna cəbhəsindəki son durum AÇIQLANDI

 09:54 30.04.2022     172

Ötən sutkada Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin 10 hava hədəfini məhv ediblər: 1 döyüş təyyarəsi, 9 “Orlan” PUA.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, eyni dövr ərzində işğalçı qüvvələrin 11 tank, 7 artileriya sistemi, 28 zirehli texnikası və 14 avtomobili zərərsizləşdirilib.

Bundan başqa, ölkənin Donetsk və Luqansk vilayətlərində Rusiyanın 14 hücumu dəf edilib.