Paşinyanın kortejindən olan sürücü sərbəst buraxıldı

İrəvanda hamilə qadını vuraraq öldürməkdə şübhəli bilinən Baş nazir Nikol Paşinyanın kortejinin polis əməkdaşı zaminə buraxılıb.
Redaktor.az xəbər verir ki, bu barədə shamshyan.com saytı məlumat yayıb.
Mənbə bildirir ki, saxlanılan şəxs Ararat rayon sakini, 51 yaşlı polis mayoru Aram Navasardyandır. Navasardyanın vəkili Ruben Baloyanın “Hetq”ə verdiyi məlumata görə, polisə qarşı Ermənistan Cinayət Məcəlləsinin 242-ci maddəsinin 2-ci (nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə ittiham irəli sürülüb.
Onun sözlərinə görə, Navasardyan hələlik ittihamlarla bağlı mövqeyini təqdim etməyib. Prosesi aparan orqan həbs üçün heç bir əsas olmadığına qərar verib və məhkəməyə vəsatət təqdim etməyib. Nəticədə təqsirləndirilən şəxs barəsində ölkədən kənara getməmək barədə yazılı iltizam qətimkan tədbiri seçilib.